24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Hacı Əliyev: "Ötən il hakimlərin uduzdurduğu rəqibə asanlıqla qalib gəldim"

Azərbaycan sərbəst güləşçisi, üçqat Avropa və dünya çempionu Hacı Əliyevin müsahibəsi

- Serbiyanın paytaxtı Belqradda dünən başa çatan Fərdi Dünya Kubokunda bürünc medal qazandınız. Əvvəlcə təəssüratlarını bilmək maraqlı olardı...

- Bura gələndə məqsədimiz yaxşı güləşmək, çıxış etmək idi. İstər qızıl, istər gümüş, istərsə də bürünc olsun, medalın fərqi yoxdur.

- Turnirdə ilk görüşünüzü rusiyalı Hacımurad Rəşidova qarşı keçirdiniz. Bu qarşılaşma maraqla gözlənilirdi. Çünki 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında bu rəqiblə görüşünüz qalmaqalla yekunlaşmışdı. Xalçaya hansı hisslərlə çıxmışdınız?

- Təbii ki, müəyyən hisslər var idi. Ən vacibi odur ki, rusiyalı dünya çempionunu məğlub etdim. Ötən il hakimlər məni bu rəqibə uduzdurmuşdular. Bu dəfə isə ona çox asanlıqla, cəmi bir dəqiqə ərzində qalib gəldim.

- Qızıl medal qazana bilməməyinizi nə ilə izah edərdiniz?

- Bilirsiniz ki, uzun müddətdir yarışlar keçirilmirdi. Təlim-məşq toplanışlarımız olmurdu. Koronavirus pandemiyasına görə xeyli geri düşdük. 1 ilə yaxındır güləşmirdim. Fikrimcə, uzun müddətdən sonra bürünc medal qazanmaq yaxşı göstəricidir.

- Azərbaycan Güləş Federasiyası bürünc medal görüşünə zədəli halda çıxdığınızı açıqlayıb...

- Bəli, Qırğızıstan idmançısı ilə 1/4 final görüşündə zədələnmişdim. İki qabırğamda çat var. Zədəli vəziyyətdə yarımfinal görüşünə çıxdım. Məğlub olsam da, yaxşı güləşdim. Bürünc medal uğrunda qarşılaşmada iştirak etmək üçün iki qabırğama ağrıkəsici iynə vurdular. Amma demək olar ki, heç bir təsiri olmadı. Görüş zamanı ağrıdan əziyyət çəkdiyimi hamı gördü.

- Mükafatlandırma mərasiminə çıxmamağınız zədə, yoxsa qızıl medal qazanmış erməni güləşçi ilə eyni kürsünü bölüşməməklə bağlı idi?

- Təbii ki, zədə ilə bağlı idi. Görüşdən dərhal sonra xəstəxanaya yerləşdirildim. Orada növbəti dəfə müayinədən keçdim. Bir sözlə, vuruşa-vuruşa son görüşdən qalib ayrıldım. Sevinirəm ki, medalsız qalmadım. İnanıram ki, olimpiadada daha yaxşı nəticə göstərəcəyəm ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30