19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Hacı Əliyev dünya çempionundan intiqamını aldı

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, 3 qat dünya və 3 qat Avropa çempion 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gəlib.

Əliyev 2-ci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edib və 4:0 önə keçib. Həmin vaxt Rəşidov zədələnib. O, görüşə davam edə bilmədiyi üçün azərbaycanlı pəhləvan növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30