19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Eldəniz Əzizli: "Belə bir vaxtda ermənini udmaq mütləq lazım idi"

"Əsas odur ki, medalçılar sırasına düşə bildim. Mən də istəyərdim ki, qızıl medal qazanım və ölkəmizin himnini səsləndirim".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı pandemiya dövründəki yarışın digərlərindən fərqləndiyini söyləyib. Əzizli 1/4 finalda rusiyalı Emin Seferşayevə uduzmasını bu cür izah edib: "Pandemiya vaxtı yarışa tam istədiyimiz kimi hazırlaşa bilmədik. Uzun müddət yarışlarda çıxış etməməyimiz də təsirsiz ötüşmür. Həm də bir az səhvlər etdim və məğlub oldum. Amma bu rəqibə rahat qalib gələ bilərdim".

28 yaşlı güləşçi təsəlliverici görüşdə Ermənistan təmsilçisi Rudik Mkrtçyanı məğlub etdiyi görüşdən də söz açıb: "İdmanda qalib gələ və ya məğlub ola bilərsən. Amma qarşındakı güləşçi erməni olanda qələbə qazanmaq üçün ikiqat motivasiyalı olursan. Mən də erməni ilə güləşəndə həyacanlanmışdım. Ən çox həyəcan keçirtdiyim görüş o oldu. Fikirləşdim ki, birdən məğlub olaram. Amma qələbə qazandım. Əlimdən gələni etdim ki, erməniyə qalib gəlim. Belə bir vaxtda - şəhidlər verdiyimiz, qələbə qazandığımız dönəmdə qələbə mütləq lazım idi. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Qələbəmi və medalımı şəhidlərimizə həsr edirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30