25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Azərbaycan millisinin Avropa çempionatında iştirakı ləğv edildi

Kişi idman gimnastikası üzrə Azərbaycan millisi Türkiyənin Mersin şəhərində keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb yığmanın 3 üzvünün koronavirusa yoluxmasıdır.

Bütün nümayəndə heyəti Mersinə yola düşməmişdən əvvəl koronavirusa görə testdən keçib və komandanın bütün üzvlərinin nəticəsi neqativ olub. Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrarən test keçirir. Mersində götürülən testdə 3 gimnastın nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar.

Nümayəndə heyətinin digər üzvlərində Mersində ardıcıl olaraq götürülmüş 2 testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər. Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etməsi səbəbindən, yığma komanda yarışlarda iştirak etməmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Avropa çempionatı dekabrın 9-13-ü aralığı keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30