28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Elçin Əsədov Türkiyə klubunda

Ölkəmizin şose velosipedi üzrə Elit yığma komandasının lider idmançısı, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaq Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azerbaycan'dan kardeşimiz Elçin ASADOV yeni takımına hoş geldin” başlığı ilə sosial media hesablarında paylaşım edib.

2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Elçin Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, idmançımızın Olimpiya Oyunlarına daha yaxşı hazırlıq şərtləri baxımından seçimi Türkiyə klubu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31