25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Avropada çempionatında daha 3 cüdoçumuz medal qazandı

Praqadakı Avropa çempionatının sonuncu yarış günündə 3 cüdoçumuz medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla mübarizədən qalib ayrılaraq bürünc medal qazanıb.

Eyni uğura 100 kq-da yarışan Zelim Kotsoyev də imza atıb. O, Avropa üçüncülüyü uğrunda qarşıdurmada bolqarıstanlı Boris Georgiyevlə mübarizdən qalib ayrılıb.

78 kq-dan yuxarı çəki dərəcəsində yer alan qadın çüdoçumuz İrina Kindzerska isə finalda məğlubiyyət acısı yaşayıb. Fransalı Roman Dikkoya uduzan 29 yaşlı idmançı yekunda Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Daha əvvəl Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30