24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

FİDE-nin yeni reytinqi: Şəhriyar Teymuru qabaqladı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Onun aktivində 2770 reytinq xalı var.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 1 pillə geriləyib və 10-cu yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov 2665 xalla 73-cü, Nicat Abbasov 2664 xalla 75-cidir. Onların hər ikisi 2 pillə geriləyiblər. 2654 xalı olan Rauf Məmmədov isə 91-93-cü yerləri bölüşdürür.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2828 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2443 xalla 28-ci pilləyə yüksəlib. 2382 xala malik Gülnar Məmmədova 73-cü sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva isə 1 pillə irəliləyərək 82-ci sırada qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30