29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Millimizin üzvü Almaniya çempionu oldu

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı qrossmeyster buna "OSG Baden-Baden" komandasının heyətində nail olub. Onun komandası sonuncu - 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da çıxış etdiyi "Vernhaym"a qalib gəlib - 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoydan üstün olub - 1:0.

Bu nəticədən sonra "OSG Baden-Baden" xallarının sayını 14-ə çatdırıb və  çempionatda maksimum nəticə ilə qalib olub. "Vernhaym" isə 12 xalla gümüş medallara yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31