20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Naxçıvan çempionatında yarımfinalçılar məlum oldu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, reqlamentə əsasən, çempionatın bu mərhələsində ilk olaraq “B” qrupunu lider kimi başa vuran “Şahinlər” komandası “D” qrupunun ikincisi “Antiinhisar” komandası ilə üz-üzə gəlib. Görüş “Şahinlər”in qələbəsi ilə başa çatıb - 9:1.

Sonra “Panter” və “Prestij” komandaları qarşılaşıb. Gərgin keçən oyunda qələbə qazanan tərəf “Panter” olub - 8:4.

Qrup mərhələsini lider kimi başa vuran “Badamlı” komandası ilə “C” qrupunun ikincisi “Hava Limanı” komandasının görüşündə qapılara 7 top vurulub. 4:3 hesablı qələbə qazanan “Badamlı” növbəti mərhələyə yüksəlib.

Bu mərhələdə sonuncu görüşdə Naxçıvan Dövlət Universitetinin komandası “Aralıq” ilə üz-üzə gəlib. İlk iki hissəsi gərgin keçən görüşün taleyinə son 12 dəqiqədə aydınlıq gəlib. Belə ki, tələbələr oyunun gedişatında dönüş yaradaraq meydanı 4:2 hesablı qələbə ilə tərk ediblər.

Bu nəticələrdən sonra yarımfinala yüksələn komandalar məlum olub. Finala gedən yolda azarkeşlər “Şahinlər” - “Badamlı” və “Panter” - NDU oyunlarına şahidlik edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30