24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup mərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.

Futbolxeber.az-ın Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycan qrossmeysterləri də var.

B qrupunda mübarizə aparan yığma üzvlərindən I lövhədə Şəhriyar Məmmədyarov 3,5, II lövhədə Rauf Məmmədov 6, III lövhədə isə Günay Məmmədzadə 5 xalla zirvədə yer alıb.

Məmmədov eyni zamanda, qrup mərhələsinin rəmzi yığmasına da düşüb. O, 12 nəfərlik siyahıda yalnız polşalı Yan-Kşiştof Dudadan (7 xal) geri qalır.

Qeyd edək ki, Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30