25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Çimərlik futbolu üzrə Naxçıvan çempionatında ikinci tur başa çatdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə Naxçıvan MR çempionatında mübarizə davam edir.

Futbolxeber.az saytının məlumatına görə, dünən ikinci turun növbəti oyunları keçirilib.

Çoxsaylı qol epizodlarının izlənildiyi “Universitet” (NDU) - “Yaycı” matçında tələbələrin 10:5 hesablı qələbəsi qeydə alınıb. NDU təmsilçisi bu nəticə ilə “D” qrupundakı ilk matçını 3 xalla tamamlayıb.

Digər oyunda isə “A” qrupunda yer alan “Bənəniyar” və “Prestij” komandaları üz-üzə gəlib. Oyunu 8:1 hesablı üstünlüklə bitirən “Prestij” aktivinə 3 xalı əlavə edən tərəf olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30