25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Naxçıvan çempionatı davam edir: 2 oyunda 12 qol

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatda növbəti oyunlar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik meydançası daha iki oyuna ev sahibliyi edib.

Belə ki, ilk turda qələbə qazanan “Aralıq” komandası “Şahinlər” ilə qarşılaşıb. Sərt mübarizə şəraitində keçən “B” qrupunun bu görüşü “Şahinlər”in qələbəsi ilə başa çatıb - 3:2

Günün ikinci oyununda “C” qrupunun təmsilçiləri - “Hava Limanı” və “Əlincə” komandaları üz-üzə gəlib. Görüşdə aeroport təmsilçiləri 7:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, sabah çempionatda ikinci turun daha iki görüşü keçiriləcək.

Saat 18:15-də “Naxçıvan Dövlət Universiteti” - “Yaycı”, 19:15-də isə “Bənəniyar” - “Prestij” oyunları oynanılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30