18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Bakı klubu kapitanı ilə yolları ayırdı

"Azerreyl" ötən mövsüm komandanın kapitanı olmuş sloveniyalı voleybolçu Moytsa Pene ilə yollarını ayırıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bununla bağlı təəssüratlarını bölüşən legioner oyunçu koronavirus pandemiyası səbəbindən belə qərar qəbul olunduğunu bildirib: "İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin".

Vəziyyətə biz nəzarət edə bilmərik. Mənə əla və unudulmaz mövsüm keçirmək imkanı yaratdığı üçün kluba, aylarla qayğımı çəkən personala təşəkkür etmək istəyirəm. Düşünürəm ki, biz əla il keçirdik və bir oyun da uduzmadıq. Mənim düşüncəmdə biz çempion olduq, amma koronavirus bizi saxladı. Hər şey üçün təşəkkürlər, Bakı!!! İndi məni yeni sınaqlar gözləyir".

Qeyd edək ki, 2020/2021 mövsümündə Çağırış Kubokunda iştirakdan imtina edən "Azerreyl" ilin əvvəlində əcnəbi oyunçularla imzalanmış muqavilələrə xitam vermək üçün legionerlərlə danışıqları davam etdirir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30