Digər idman növləri
Hafiz Baxşəliyev: “Ermənilər bizi provakasiya çəkirlər ki, aqressivlik göstərək”
Böyük Britaniyanın paytaxtı Londonda yaşayan azərbaycanlı kikboksçu Hafiz Baxşəliyevin müsahibəsi
- Yaşadığınız ölkədə ermənilərin azərbaycanlılara qarşı aqressivliyi əvvəllər də var idi, yoxsa onlar son zamanlar azğınlaşıblar?
- Əvvəllər də müəyyən narazılıqlar olurdu. Amma həmin vaxt nə onlar, nə də biz bu qədər aqressiv idik, emosiyalar da yüksək deyildi. 2016-cı il Aprel döyüşlərindən sonra isə emosiyalar yüksəldi. Deyərdim ki, millətin də vətənpərvərlik ruhu həddindən artıq çox yüksəkdir. Məsələn, Ermənistan səfirliyinin qarşısında dinc aksiya keçirmək tələbimiz olur. Polisdən icazə alaraq aksiya keçiririk. Onlar da bizim qarşımıza çıxanda təxribat törətməyə başlayırlar. Bu da istər-istəməz aqressiya yaradır. Qarşımızda şəhidlərimizi, Ramil Səfərovu dövlət rəsmilərini və atributlarını təhqir etməyə çalışırlar. Bizi provakasiya çəkirlər ki, biz də onlara aqressiv hərəkət göstərək və müdaxilə edək.
- Sonuncu məlum olay da bu cür baş verdi?
- Həmin vaxt mən və başqa dostlar çalışdıq ki, bunun qarşısını alaq və onların hücum etməsinə imkan verməyək. Gördülər ki, biz dava etməyə çalışmırıq. Əksinə, çalışırıq ki, aksiyamız sakit və normal keçsin. Amma onlar qızışdırdılar ki, camaat aqressivləşsin və bizim milləti belə tanısınlar, polis aksiyamızı dağıtsın. Onların bu niyyətdə olduğu aşkar hiss edilirdi.
- Yəqin ki, Avropada aqressiv hərəkətlər qəbul edilmir. Onlar daha çox istəyirlər ki, sakitlik olsun, hər şey danışıq yolu ilə həll edilsin və insanlar bir-birinə aqressiya göstərməsinlər. Bu baxımdan azərbaycanlıların Avropadakı diplomatik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Böyük Britaniyada hər şey yaxşıdır. Səfirlik də hər zaman dəstək olur, aksiyadan öncə bəzi məsləhətər verir. Bizdə siyasi cəhətdən hər şey, demək olar ki, yüksək səviyyədədir. Lakin istənilən halda torpaqlarımız işğal altındadır. Camaatı sakitləşdirmək olmur, ermənilər vandaldırlar. Mənə elə gəlir ki, bunu qanla həll etməliyik, başqa yolu yoxdur. Şəxsi fikrimdir ki, biz siyasətlə heç yerə gedə bilməyəcəyik. Neçə illərdir ki, torpaqlarımızı alıblar, biz də oturmuşuq ancaq orda şikayət edirik, burda aksiya və protest edirik. Bizə bunların heç birinin xeyri dəyməyəcək. Necə ki indiyədək dəyməyib. Belə aksiyalarda, protestlərlə milli ruhu qaldırmaq olar. Düşmən tərəf cəbhədə yenidən təxribata başlayıb, bizim şəhidlərimiz də var. İnsanlar da istər-istəməz aqressivləşib.
- Yəni Vətəndə baş verənlər orada da təsirsiz ötüşmür...
- Bəli.
- Ermənilər Belçikada bir azərbaycanlını təkləyərək onu döyüblər. Ümumiyyətlə, bir idmançı həmyerlimiz kimi fikriniz necədir: Biz də onlara qarşı eyni addımı atmalıyıqmı?
- Londondakı son tədbirimizdə hisslərimizi güclə cilovlayırdıq. Çünki onlar provakasiya edirdilər. Çalışırıq ki, kiməsə xətər yetirməsinlər. Onlar bizim tədbirimizdə az idilər: hardasa 50 erməni, 300-dək azərbaycanlı var idi. Bizim kişilərimiz kənara dursaydı, qadınlarımızdan o qədər mərd, qeyrətli xanımlar var idi ki, onlar erməniləri parçalaya bilərdilər. Çalışırdıq ki, onlara imkan verməyək, amma axırda hisslərimizi cilovlaya bilmədik. Bizim atributlarımızı yerə atıb təhqir etmək istəyəndə, insident yarandı. Son hadisələr, vətəndaşlarımızın Avropada təklənmələri, ABŞ-ın Los Anceles şəhərində üstlərinə hücum etmələri, döymələri bunlar hamısı qəbulolunmazdır. Əgər hisslərlə cavab versək, biz də onlara qarşı eyni hərəkətləri edərik, hətta ondan da dəhşətlisini edə bilərik. Ancaq ağılla hərəkət etsək, bunlara yol verməməliyik. Onların səviyyəsinə enməyə ehtiyac yoxdur.
- Hazırda Türkiyənin İstanbul şəhərindəsiniz, səfərinizin məqsədi nədir?
- Bileti çoxdan almışdım. Bizdə tətildir, ancaq Azərbaycana gələ bilmirik. Burada bizim yaxınlarımız da var, onlar da Vətənə gedə bilməyiblər. Gəlmişik onları görməyə. Pandemiyaya görə Azərbaycana gedə bilmirik və buraya gəlmişik. Uşaqları gətirmişik ki, qohumlarımız görsünlər.
- Avropadakı qarşıdurmalara həmin ölkələrin rəhbərliyi, müvafiq qurumları necə yanaşırlar?
- Məsələn, mən İngiltərədə yaşayıram. Bu ölkədə yaşamaq icazən varsa və yaxud vətəndaş olmusansa, bunları səni britaniyalı kimi hesab edirlər. Mən milliyyətcə azərbaycanlıyam. Britaniya pasportun varsa, səni öz millətlərindən hesab edəcəklər. Avropalılar üçün elə şeylər normaldır, vətənpərvərlik hissləri var. Aqressiyaya isə qəti şəkildə etiraz edirlər, belə halları çox yaxşı qarşılamırlar.
- Sizcə, son qarşıdurmalar tarixi düşmənçilik, yoxsa ermənilərin yaşadıqları ölkələrdə azərbaycanlılara qarşı təxribatları ilə əlaqədardır?
- Son olaylara əsasən deyə bilərəm ki, ermənilər bizim vətəndaşlara güc tətbiq etməyə və üzərilərinə hücum etməyə başlayıbar. Videolarda millətimizi, xalqımızı vətəndaşımızı təhqir etmələri görünür. Güc tətbiq edirlər, vətəndaşlarımızı təkləyib döyməkləri qəbuledilməzdir. Avropada - Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə yaşayan həmyerlilərimiz istər-istəməz hisslərinə qalib gələ bilməyib onlara cavablarını vermək istəyirlər. Bu, yalnız ermənilərin provakasiyasıdır. Biz də buna uyuruq. Mən belə fikirləşirəm.
- Demək, düşünürsünüz ki, belə təxribatlara uymamaq lazımdır?
- Mənə elə gəlir ki, uymamalıyıq. Bayaq dediyim fikrə bir daha qayıdıram. Hisslərlə hərəkət etsək, onların etdiklərindən də artığını edərik. Ancaq ağılla düşünəndə bu yollara əl atmağa ehtiyac yoxdur.
- Londonda nə işlə məşğulsunuz?
- Hazırda idman təşkilatım var. Bəzi döyüş növlərində peşəkar görüşlər təşkil edirəm. Lakin pandemiya ilə əlaqədər olaraq, mart ayından tədbirlərimizi dayandırmışıq. Hər şeyin düzəlməsini gözləyirik. Daha sonra fəaliyyətə başlayacağıq ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO