25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Futbolxeber.az saytına verilən məlumata görə, təqvimə əsasən, 13-19 noyabr 2020-ci il tarixlərindəparacüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Eyni zamanda, 2021-ci ilin may ayında Bakıda paracüdo üzrə Qran-Pri yarışların keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib.

Qeyd edək ki, 2021-ci il may ayında keçiriləcək Qran-Pri “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar bu gün dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30