24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Azərbaycanda daha bir yarış təxirə salındı

Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış koronavirus pandemiyasına görə təxirə salınıb.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası təyin olunan vaxtda baş tutmayacaq.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən turnir bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2-12 oktyabra planlaşdırılan yarış 2021-ci ildə olacaq. Turnirin dəqiq tarixləri hələ ki, bəlli deyil.

Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempion olub. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Koronavirus pandemiyası səbəbindən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından başqa Vüqar Həşimovun xatirəsinə həsr olunan  ShamkirChess2020 superturniri də təxirə salınıb ("Report").

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30