19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Millimizin üzvü qətl işinə görə axtarışa verildi

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı idmançı Mahaçqala sakini Abdulbasir Ömərovun öldürülməsində ittiham olunur.

Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb.

Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb: "Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəminində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib. Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir".

Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30