28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

“Formula 1” Bakıdan alınıb İtaliyaya veriləcək?

İtaliya Avtomobil Klubunun prezidenti Angelo Stiççi ölkəsinin "Formula 1" üzrə Azərbaycan Qran-prisini əvəzləməsini təklif edib.

Futbolxeber.az saytının məlumatına görə, dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkəti 2020-ci ildə bu ölkədə ikinci Qran-prinin keçirilmə ehtimalını araşdırır.

Bildirilib ki, şirkət sentyabrda Azərbaycanda Qran-pri təşkil etmək istəsə də, yarışın keçiriləcəyinə qəti təminat yoxdur. Çünki Bakıda infrastrukturu qurmaq üçün müəyyən vaxt lazımdır. Digər tərəfdən, Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirməkdə maraqlı deyil.

Bu plan gerçəkləşəcəyi təqdirdə, 6 sentyabrda ilk İtaliya Qran-prisi, 13 sentyabrda isə ikincisi olacaq. İtaliyadakı ikinci yarış Mucello, İmola və ya Monzada keçirilə bilər. Bunlardan Montsa seçilərsə, birinci Qran-Pridən 1 həftə sonra, yəni sentyabrın 13-də keçirilmə ehtimalı var. Bununla belə, İtaliya Qran-prisində azarkeşlərin olacağı bəlli deyil.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31