16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a AzVİF-in mətbuat katibi Pərviz Musayev açıqlama verib. O bildirib ki, turnir gələn həftəsonu - iyunun 6-da və ya 7-də olacaq.

Musayev yarışın Respublika Velotrekində təşkilinin mümkünlüyünü vurğulayıb: "Bunun trek və ya şose yarışı olacağına sabah aydınlıq gələcək. Yarışı Velotrekdə də, Veloparkda da keçirə bilərik. Amma həftəsonuna yarışın olacağı dəqiqdir. Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik".

Federasiya rəsmisi hələ yarışın adını müəyyənləşdirmədiklərini əlavə edib: "Bu, Bakı və ya Federasiya Kuboku ola bilər. İyundakı yarışlar çox vacibdir. Çünki iyulun 1-dən beynəlxalq yarışlar bərpa olunur. Qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəyik ki, beynəlxalq yarışlara hazır olaq".

Mətbuat katibi mövsümün təqvimi ilə bağlı iyunun 1-də məşqçilər korpusu ilə toplantı keçirəcəklərini də diqqətə çatdırıb: "Mövsümün təqvimi alt-üst olub, yenidən işləməliyik".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. 2020-ci ilin təqviminə əsasən AzVİF-in ilk daxili yarışı 7-8 martda təşkil etməli idi, lakin koronavirus səbəbindən təxirə salınıb. Həftəsonu keçiriləcək turnir federasiyanın mövsümdə ilk daxili tədbiri olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30