25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Qapalı idman müəssisələrinin açılması yaxın günlərdə gözlənilmir

“Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı tapşırıq verilib”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Demək olar ki, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb. Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Təsdiq olunduqdan sonra ictimaiyyətə çatdırılacaq. Burada bir sıra ölkələrin təcrübəsindən istifadə etmişik. Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir.

Buradakı qaydaların necə olacağı metodiki tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir. Qapalı idman müəssələrinin açılması yaxın günlərdə gözlənilmir. Gələcək günlərdə bu barədə aparılan müzakirələrin nəticəsi bildiriləcək”, - R.Bayramlı bildirib (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30