24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Hidayət Heydərov: "Olimpiadanın təxirə salınması mənə sərf etdi"

“Karantin günlərini hamı kimi mən də evdə keçirirəm. Karantin davam etdiyi üçün evdə yeməyə diqqət etməliyik. Bu müddət ərzində çoxlu filmlərə baxır, bir də "Playstaion" oynayıram. Əsas hobbim demək olar ki, bunlardır”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Report”a açıqlamasında cüdoçu Hidayət Heydərov deyib. 23 yaşlı idmançı evdə çalışmağın çətin olduğunu söyləyib: “Evdə məşq edirəm ki, ən azı normal məşqlərə başlayanda çox aşağı səviyyədə olmayım. Amma düşünürəm ki, hazırkı vəziyyət elə də çətin deyil. Evdə olmaq yaxşıdır. Ailənlə bərabər olursan, bundan gözəl nə ola bilər?”

Cüdoçu Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının təxirə salınmasına da münasibət bildirib: “Bu. doğru qərardır. Mən olimpiadaya lisenziya qazanacağıma inanırdım. Amma təxirə salınması mənə sərf etdi, çünki bir il ərzində daha da yaxşı forma yığacağam. İnanıram ki, qarşıdakı yarışlarda uğur qazanaraq Tokioya qələbə üçün gedəcəyəm”.

2017-ci ildə 73 kq çəki dərəcəsində Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş cüdoçu çəkisini dəyişməsindən də danışıb: “Milli komandanın məşqçiləri çəkini qaldırmağımı istəyirdilər, mən də qaldırmırdım. Sonra öz şəxsi məşqçim məsləhət görəndən sonra çəkini dəyişdim. İnanıram ki, 81 kq mənim üçün daha da yaxşı olacaq. Əslində Rüstəm Orucov da çəkisini dəyişə bilərdi. Ümid edirəm ki, ikimiz də qələbələr qazanacağıq".

Heydərov qarşıdakı dövrdə əsas məqsədinin xallar qazanaraq Tokio olimpiadasında iştirak etməkdən ibarət olduğunu vurğulayıb: “Uduzmaq normaldır, amma mən məğlub olmağı heç vaxt sevmirəm. Qələbələr qazanacağıma və lisenziya əldə edəcəyimə inamım çoxdur”.

Qeyd edək ki, Hidayət Heydərov Polşanın Varşava şəhərindəki Avropa çempionatında və Bakıdakı İslam Həmrəyliyi Oyunlarında qızıl medal əldə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30