16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Polşalı baş məşqçi: "Azərbaycanda insanlar Prezidentə qulaq asır, ona hörmət edirlər"

Qadın idman gimnastikası üzrə Azərbaycan millisinin polşalı baş məşqçisi Pşemislav Lis ölkəsinin mətbuatına müsahibə verib.  

- Hazırda Bakıda həyat necədir?

- Burada hər yer bağlıdır. Evdən çıxmaq tamamilə qadağandır. Küçəyə istənilən çıxış yalnız hökumətin razılığı ilə mümkündür. Xüsusi nömrəyə SMS göndərməlisiniz. Yalnız razılıq aldıqdan sonra gedə bilərsiniz.

- Hara getdiyinizi bildirmək lazımdır?

- Bəli. Seçim üçün 4 məntəqə var: mağazaya, aptekə, xəstəxanaya getmək, dəfn mərasimində iştirak etmək. Cavabı gözləyib razılıq aldıqdan sonra evi tərk edə bilərsiniz. Ailədən yalnız bir nəfər bunu edə bilər. Küçələrdə polislər var və qadağanı pozanları saxlayırlar. Lakin burada insanlar Prezidentin tapşırıqlarına əməl edirlər. Ona qulaq asır, hörmət edirlər. Prezident hər kəsin 100 faiz maaş alacağını deyib. Buna görə də insanlar sakit və minnətdardırlar.

- Daim məşq etdiyiniz mərkəzdə qala bilməzdiniz?

- Xeyr. Daimi mərkəzimiz - Tokio Yay Olimpiya Oyunlarına hazırlaşdığımız oteldə qalmaq imkanımız olsa da, bizi oradan çıxarmalı oldular. Düşünürdük ki, daimi hazırlıq üçün özümüzü bu formada təcrid edə bilərik. Təəssüf ki, alınmadı. Federasiya məni başqa mehmanxanaya köçürdü. Hazırda burada özümü təcrid etmişəm. Ən yaxşı oyunçum evinə gedə bilmir. Burada dostları ilə qalır. Onlarla mesencer vasitəsilə əlaqə saxlayıram.

- Bu vəziyyətdə Polşaya qayıtmaq istəmədiniz?

- Burada özümü təhlükəsiz hiss edirəm. Buna görə də qayıtmağı düşünmədim. Məlumdur ki, həssas məqamlarda ailə, onları ziyarət etmək barədə düşüncələr yaranır, amma mənə elə gəlir ki, Azərbaycanda qalmaq düzgün qərar idi.

- Başçılıq etdiyiniz qrup nə dərəcədə böyükdür?

- Qadın idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisiyəm. 15 idmançı ilə, həmçinin məktəb və klubda işləyirəm. Burada intizam baxımından yaxşı inkişaf var. Xeyli azyaşlı uşaq məşq edir. Ən yaxşı gimnastlar arasında iki böyük və eyni sayda azyaşlı idmançım var. Ona görə də bir ulduzla - Marina Nekrasova ilə hər şeyi sıfırdan qururam.

- O, həqiqətənmi ulduz idmançıdır və Azərbaycanda kifayət qədər məşhurdur?

- Bəli, o, ulduz idmançıdır. Buna baxmayaraq, insan kimi çox təvazökardır. Azərbaycanda çox məşhur və hörmətli idmançıdır. Oyunçular və məşqçilərin sayəsində hər uğurdan sonra xüsusi görüşlər təşkil olunur. Polşada isə hər zaman nə isə çatışmır: işə böyük hörmət, maliyyə sabitliyi, yaşayış və təhsil dəstəyi.

- Necə oldu ki, Azərbaycan millisinə başçılıq etməyə başladınız?

- Hər şey 2018-ci ildə Dohada keçirilən dünya çempionatı vaxtı başladı. Həmin vaxt Polşa millisinin məşqçisi idim. Azərbaycan seçməsinin meneceri məni söhbətə dəvət etdi və vəziyyəti başa saldı. Onlar əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Tanışlıq üçün Bakıya iki həftəlik dəvət etdilər. Dekabrda idmançıların necə məşq etdiklərini, idman qurğularının və bazaların necə işlədiyini görmək üçün Bakıya gəldim. Marina ilə ilk görüşümü xatırlayıram. Dedim ki, ilk həftədə sən mənə məşqlərini göstərəcəksən, ikinci həftədə isə mən öz iş prinsipimlə səni tanış edəcəyəm. Ona Tokioda yarışmaq istəyib-istəmədiyini soruşdum. Dərhal gözlərindəki qığılcımı gördüm və qərara aldım ki, bu işlə məşğul olacağam. Yadımdadır, federasiya rəhbərliyi birtərəfli bilet almağımı, Polşaya qayıtmamağımı istəyirdi. Amma mən ailəm və yerli federasiya ilə danışmaq niyyətində idim.

- Polşa millisində qalmağa cəhd etmədiniz?

- Azərbaycanda nəyə nail ola biləcəyimi müəyyənləşdirdim. İşə hörmət, yaxşı münasibət və yeni imkanlar gördüm. Təkcə pula görə deyil, öz inkişafım üçün də təklifə müsbət cavab verdim. Çünki bu daha vacibdir.

- Mariya sizin başçılığınız altında Tokio olimpiadasına vəsiqə qazandı. Bu isə o deməkdir ki, planlar gerçəkləşir. İdmançınızın olimpiya medalını qazanmaq şansı var?

- Mariya vəsiqəni ötən ilin oktyabrında dünya çempionatında çoxnövçülük üzrə qazandı. İndi isə olimpiadaya hazırlaşırıq. O, hər şeydə ən yaxşı deyil, amma tullanmada imkanları genişdir. Bu növdə Tokioda yaxşı nəticə qazanacağına ümid edirik. 2019-cu il bizim üçün çox uğurlu oldu. Mariya iki dəfə Dünya Kubokunu qazandı, Universiadanın qızıl medalına sahib çıxdı. Bax buna görə Tokio olimpidasını bu qədər çox gözləyirdik. Bir az da gözləməli olacağıq.

Koronavirus Bakıdakı Dünya kubokunu yarımçıq dayandırılmasına səbəb oldu. İdmançılarımdan biri finala yüksəlmişdi. Aprelin sonlarında Parisdəki Avropa çempionatında iştirak etməyi planlaşdırırdıq. Amma bilirik ki, bu yarış da olmayacaq. Hazırda bizim üçün ən önəmlisi sağlam olmaqdır ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30