25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik"

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb.

Futbolxeber.az saytının məlumatına görə, üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib.

Onlar FIDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasına qaytarmağı xahiş və tələb edib: "Hesab edirik ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FIDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik".

Müraciəti Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynov imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30