23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

UCI beynəlxalq yarışları dayandırdı

Koronavirus epidemiyası səbəbindən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının martın 15-dən etibarən ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, virusun yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb və idman prinsiplərinin qorunmasına xüsusi diqqət yetiriləcək. Belə ki, bu müddət ərzində risk qrupuna aid edilməyən ölkələrdə təşkil edilən yarışlar zamanı qazanılacaq reytinq xalları nəzərə alınmayacaq.

Bundan başqa, Beynəlxalq Velosipedçilər İttifaqı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xalları verən növlər üzrə yarışların (dağ velosipedi, BMX Racing, BMX Freestyle və şose paravelosipedi) vaxtının dəyişdirilməsi və lisenziya sahibləri üçün son müddət tarixinin bir qədər geriyə çəkilməsi məqsədilə Beynəlxalq Olimpiya və Paralimpiya Komitələrinə də müraciət ünvanlayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30