28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq

Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi azarkeşsiz keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Yunanıstanın Milli Olimpiya Komitəsi bu haqda açıqlama yayıb.

Bildirilir ki, martın 12-nə nəzərdə tutulan tədbirə qeydiyyatdan keçmiş təqribən 100-dək insan qatılacaq. Mərasimə jurnalistlərin girişi də qadağan olunub. Bu addım koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün atılıb.

Açıqlamada həmçinin, Olimpiya məşəlinin keçəcəyi şəhərlərin merlərinə Yunanıstan Səhiyyə Nazirliyi və Milli Səhiyyə Təşkilatının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın tarixi Olimpiya bölgəsində alovlandırılacaq. Ölkə ərazisində 3 200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada "Panatinaikos" klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.

Qeyd edək ki, iyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31