29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Çinli şahmatçı FIDE-ni bütün yarışları ləğv etməyə çağırdı

Çinli şahmatçı Van Hao bütün rəsmi yarışların təxirə salınmasını istəyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 31 yaşlı qrossmeyster özünün Feysbuk səhifəsində paylaşım edib.

O, koronavirus epidemiyasına görə Beynəlxalq Şahmat Federasiyasını (FIDE) bütün turnirləri ləğv etməyə çağırıb: "Hesab edirəm ki, FIDE elə indi bütün rəsmi yarışları ləğv etməlidir. Bu baş verməsə, beynəlxalq federasiyanın koronavirusun gözlənilməz nəticələri ilə mübarizə planına sahib olduğuna əmin deyiləm".

Qeyd edək ki, İddiaçılar Turnirinin iştirakçılarından olan Van Hao həmyerlisi Dinq Lirendən fərqli, hələ də yarışın təşkil olunacağı Rusiyanın Yekaterinburq şəhərinə yollanmayıb. Onun bir neçə gündən sonra Yaponiyadan sözügedən ölkəyə yola düşəcəyi bildirilib.

Xatırladaq ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus epidemiyasına görə İddiaçılar Turnirində iştirakdan imtina edib. Onu fransalı Maksim Vaşye-Laqrav əvəzləyib. Martın 15-dən aprelin 5-dək keçirilməsi nəzərdə tutulan turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31