18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Azərbaycan və İtaliya Milli Olimpiya komitələri arasında memorandum imzalandı

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında anlaşma memorandumu imzalanıb.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfərində imzalanmış sənəd MOK və CONI arasında Olimpiya Hərəkatının İnkişafı, sülhməramlı missiya, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutur. Tərəflər həm Yay Olimpiya Oyunları, həm də Qış Olimpiya Oyunları ərəfəsində və bu oyunlara hazırlıq üçün bir-birinə qarşılıqlı yardım etmək, qarşılıqlı maraq doğuran sahələri araşdırmağa razılaşıblar.

Azərbaycan MOK, xüsusən yay idman oyunları, İtaliya MOK isə xüsusən qış idman oyunları ilə əlaqədar yardım etməyə razılıq verib. Bundan başqa, dopinqlə beynəlxalq mübarizəni nəzərə alaraq, tərəflər həm müvafiq olaraq öz ölkələrində fərdi qaydada, həm də birlikdə beynəlxalq idman arenasında dopinqdən istifadənin qarşısını almaq üçün göstərilən bütün səyləri dəstəkləməyi vəd ediblər. Daha bir vacib məqam isə ondan ibarətdir ki, memoranduma əsasən, MOK və CONİ ikitərəfli və çoxtərəfli yarışlar, məşqlərdə iştirak üçün bir-biriləri, hər iki ölkənin milli idman federasiyaları arasında idmançı mübadilələri, habelə öz rəsmiləri, məşqçiləri, hakimləri, ekspert və mütəxəssislərinin qarşılıqlı maraq doğuran mövzulara dair keçirilən toplantılarla birlikdə seminar, kurs və konsultasiyalarda iştirak məqsədilə mübadiləsini təşviq edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30