25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Bakıda ilk dəfə gimnastika üzrə "1-ci AGF Junior Trophy" keçiriləcək

Martın 7-də Milli Gimnastika Arenasında ilk dəfə kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir start götürəcək.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, idman gimnastikası üzrə ənənəvi Dünya Kubokundan öncə təşkil olunacaq və 2 gün davam edəcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar bacarıqlarını nümayiş etdirəcəklər.

İlkin qeydiyyat siyahısına əsasən, turnirdə iştirak üçün 13 ölkənin nümayəndə heyətlərinin tərkibində ümumilikdə 84 nəfərin Bakıya səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, bu yarış 27-31 mayda elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün sınaq rolunu oynayacaq.

Yarışa biletləri Arenanın kassasından, həmçinin onlayn əldə etmək olar. Biletlərin qiyməti turnirin təsnifat mərhələsi üçün 8, final mərhələsinə isə 10 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasından əldə edə bilərlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30