23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Rafiq Hüseynov ikiqat Avropa çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, 82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.

Bu, Azərbaycanın yunan-Roma güləşi tarixində Avropa çempionatlarında medal sayında ən yüksək göstərici olub. Əvvəlki rekord 2011 (1 qızıl, 4 bürünc) və 2018-ci illərdə (1 qızıl, 2 gümüş, 2 bürünc) qeydə alınıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30