19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Hər il ölkəyə gələn 3 milyondan çox turist arasında "Formula 1"ə gələnlər böyük yer tutur"

“Böyük tədbirlər kadr potensialı, infrastruktur və turizm potensialı baxımından "Formula 1" üzrə Azərbaycan Qran-prisinin faydaları var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.

Rəhimov hər il ölkəyə gələn 3 milyondan artıq turist içərisində "Formula 1"ə gələnlərin böyük yer tutduğunu bildirib. Nazir qeyd edib ki, I Avropa Oyunlarında 600, islamiadada 46 əcnəbi olubsa, Avropa Gənclər Yay Olimpiya Festivalı yalnız yerli mütəxəssislərlə həyata keçirilib.

A.Rəhimov son 10 illiklərdə Azərbaycanda idmanın əksər növləri üzrə yarışların keçirildiyini xatırladıb. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən, 60 beynəlxalq yarış keçirilib. "Bu il də beynəlxalq yarışlar istisna olmayacaq" deyən nazir fevraldan belə turnirlərin, o cümlədən, futbol üzrə Avropa çempionatının 4 oyununun təşkil ediləcəyini vurğulayıb.

A.Rəhimov Asiya Oyunları, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdığını diqqətə çatdırıb.

O, eyni zamanda, könüllülərin əməyini vurğulayıb: "İlk Avropa Oyunlarına 17 000 könüllü cəlb olunmuşdu. Bundan sonra ölkəmizdə könüllülük hərəkatı yarandı".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30