29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Qafqaz İdman Liqası yaradıldı: məqsəd ölkədə idmanın inkişafıdır

Yeni yaradılmış Qafqaz İdman Liqasının (CSL) təsis olunmasından məqsəd ölkədə idmanın inkişafı, yeniyetmə və gənclərin sağlam ruhda böyümələri, eyni zamanda müxtəlif idman növlərindən maraqlı seriya turnirlər təşkil edərək kütləviliyi artırmaqdır.

Futbolxeber.az saytının məlumatına görə, Liqaya daxil olan idman növləri üzrə seriya turnirlərin regionlarda, eyni zamanda Bakıda və Qafqazın digər şəhərlərində keçirilməsi planlaşdırılır.

İlk dəfə bu ilin yanvar ayının 24-də Şamaxı Olimpiya Mərkəzində MMA idman növü üzrə təşkil ediləcək liqanın növbəti seriyaları cüdo, boks, güləş, karate, futbol və s. idman növləri üzrə olacaq.

Qafqaz İdman Liqası ölkəmizin istənilən federasiyası və ya təşkilatı ilə təmənnasız əməkdaşlıq etməyi və günü-gündən fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31