20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir"

 

Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədovun ötən həftə 2013-cü ildə keçirdiyi ilk reytinq döyüşündə - təcrübəli polşalı boksçu Mariuzs Biskupski üzərində qələbə qazanması barədə məlumat vermişdik. Futbolxeber.az-ın məlumatına görə, bu gün boksçumuz vətənə qayıdıb. Fariz Məmmədovu hava limanında ölkə bokssevərləri və media nümayəndələri qarşılayıb. Qalib boksçumuza çələng təqdim olunub. Daha sonra isə Məmmədovun iştirakı ilə media nümayəndələri üçün qısa brifinq təşkil edilib. Sualları cavablandıran Fariz Məmmədov diqqətə görə bokssevərlərə və ölkə kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirib. Döyüş barədə medianı məlumatlandıran boksçu döyüşün çətin keçdiyini, amma ağır məşqlər sayəsində qələbə qazandığını söyləyib:
 
“Döyüşə qədər bir sıra fiziki və psixoloji problemlərlə üzləşdim. Ağır məşqlərdə əlim zədələndi. Daha sonra yaxın dostum, “Qəbələ”nin sabiq əməkdaşı, keçmiş boksçu Mübariz Nəcəfov dünyasını dəyişdi. Bu hadisə mənə çox ağır təsir etdi. Mübarizlə Almaniyaya birlikdə getməliydik. Hətta onun adını məşqçi kimi iştirak ərizəsinə də salmışdıq. Amma əcəl buna imkan vermədi. Öncədən də bu görüşdə Mübarizin adına döyüşəcəyimi demişdim. Çətin döyüş olacağını bilirdik. Rəqibim peşəkar araneda məndən daha təcrübəli idi. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım. Qələbəni Mübarizə həsr edirəm”.
 
Gələcək planlar barədə danışan Fariz Məmmədov qarşıda onu maraqlı döyüşlərin gözlədiyini, Avropa çempionu olmaq istədiyini bildirib:
 
“Maraqlı təkliflər var. Bu təkliflər üzərində düşünürük. Bildiyiniz kimi mən karyeram ərzində bir sıra titullara sahib çıxmışam. Hazırda hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir və bu istiqamətdə irəliləyirəm. Hazırda Avropada reytinqdə ikinci sıradayam. Mayda mühüm döyüşüm planlaşdırılır. Amma rəqibim hələ ki, müəyyənləşməyib. Bilirəm ki rəqiblərim getdikcə ciddiləşir. Bundan əlavə dekabr ayında Azərbaycanda ilk dəfə Bakıda Avropa kəməri uğrunda döyüşüm gözlənilir. Məndən başqa boksçumuz Azad Əzizovun da döyüşməsi planlaşdırılır. Həmin görüşlər “Eurosport” kanalı vasitəsilə canlı yayımlanacaq”.
 
Sonda Fariz Məmmədov hazırlığında önəmli rol oynayan məşqçilərinə və “Qəbələ” Futbol Klubuna təşəkkürünü bildirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30