25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Millimiz Niderlanda uduzdu

Qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.

Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda Azərbaycan yığması da mübarizə aparır.

A qrupunda yer alan voleybolçular ilk görüşdə meydan sahibləri ilə üz-üzə gəliblər. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Polşa Bolqarıstanı məğlub edib - 3:1.

Qeyd edək ki, millimiz ikinci görüşündə yanvarın 9-da Bolqarıstanla üz-üzə gələcək. Yarıminal şansını davam etdirmək üçün yığmamız mütləq bilqarlara qalib gəlməlidir. 

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

7 yanvar

Azərbaycan - Niderland 0:3 (23:25; 18:25; 22:25)

Apeldorn. "Omnisport" salonu

Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30