24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

FİDE-nin yeni reytinqi: Şəhriyar və Teymur 1 pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın ilk "10-luq"dakı təmsilçiləri 1 pillə geriləyib. 2770 xala malik Şəhriyar Məmmədyarov 8-ci, Dünya Kubokunun qalibi Teymur Rəcəbov 2765 xalla 11-ci pilləyə enib.

Əvəzində 11 pillə irəliləyən Nicat Abbasov (2668) 71-ci, 3 pillə irəliləyən Qədir Hüseynov (2666) 74-cü, 4 pillə irəliləyən Rauf Məmmədov (2659) 85-cidir. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2872 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2822 xalla 2-ci, çinli Dinq Liren 2805 xalla 3-cüdür.

Qadınlardan 1 pillə geriləyən Günay Məmmədzadə 2455 xalla 28-ci, Gülnar Məmmədova 2386 xalla 77-ci, 11 pillə geriləyən Ülviyyə Fətəliyeva 2377 xalla 87-ci pillədə yer alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30