29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Rəcəb Tayyib Ərdoğanın oğlu Bakıda Prezident Kubokunun finalını izlədi

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı qardaşlarımıza salamlarını və cənab Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklərini gətirmişik".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə Prezident Kubokunun final görüşünü izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, Bakıya səfərinin məqsədini də açıqlayıb: "Bu gün buraya gəlməyimizin səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən çövkən milli oyunu üzrə Prezident Kubokunun finalı ilə bağlıdır. Bu yarış artıq 7-ci ildir ki, təşkil olunur. Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə oktyabr ayında İstanbulda təşkil olunan Etnospor Kültür Festivalında Qarabağ atları vasitəsi ilə işbirliyi həyata keçirdik. Onlar da bunun nəticəsi olaraq buradakı finala bizi dəvət etdilər. Biz də Azərbaycanın milli idman növü olan çövkənin finalını izlədik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31