20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Teymur Rəcəbov: "İlin İdmançısı seçildiyim üçün qürur duyuram"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İdman Araşdırmalar Mərkəzinin sorğusu nəticəsində "İlin idmançısı" seçilməsinə münasibət bildirib.

Ölkə xaricində olduğu üçün mükafatlandırma tədbirinə qatıla bilməyən 32 yaşlı qrossmeyster fikirlərini “Instagram” hesabı vasitəsilə bölüşüb.

“Məni ilin ən yaxşı idmançısı seçən bütün jurnalistlərə, sevimli azarkeşlərimə, ümumiyyətlə, bütün azərbaycanlılara təşəkkür edirəm! Xoşbəxtəm və qürur duyuram ki, ətrafımda sizlər varsınız. Sizsiz bütün bu uğurların mənası olmazdı! Hər biriniz çox sağ olun, əsas yarışlar irəlidədir və biz çox çalışırıq!” deyə T.Rəcəbov vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da Bakı Olimpiya Stadionunda keçirilmiş mərasimdə Teymur Rəcəbovun mükafatını onun babası Faiq Rəcəbov götürüb. Mükafatı isə cüdo üzrə yeganə dünya çempionu Elxan Məmmədov təqdim edir. Bu il Dünya Kubokunun qalibi olan T.Rəcəbov 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanıb (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30