20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev üçqat dünya çempionu adını qazanıb.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, artıq karyerasını başa vurmuş titullu idmançı buna 10 ildən sonra nail olub.

Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəzlənib.

Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimir Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Sedov 8 il müddətinə diskvalifikasiya olunub və onun 2016-cı ilədək olan bütün nəticələri ləğv edilib.

Artıq bu dəyişiklik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında da əksini tapıb.

Beləliklə, Paşayev birinci pilləyə qalxıb və Azərbaycanın ağırlıqqaldırma idmanı tarixində 3 qat dünya çempionu adını qazanmış ilk idmançısı olub.

Qeyd edək ki, Nizami Paşayev 2002 və 2005-ci illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var. Bununla yanaşı, Paşayevin dopinq-testi müsbət nəticə verdiyi üçün 2006-cı il Avropa çempionluğu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı nəticəsi (5-ci yer) ləğv olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30