25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan millisinin keçmiş baş məşqçisinə 5 illik həbs cəzası

Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher pedofiliyaya görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Futbolxeber.az saytının məlumatına görə, ikiqat Olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.

Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə onun cəzasını azaldıb. Zayzenbaher özünü günahkar hesab etməyib və bildirib ki, bu, ona qarşı qurulan plandır. Onun işi apellyasiyaya vermək imkanı var.

Qeyd edək ki, Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-ci ildə başçılıq etməyə başlayıb, lakin 2014-cü ildə postunu tərk edib. Avstriyalının başçılığı altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu olub. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət ediblər. Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30