19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Avropa çempionumuz: "Qızıl medalı şəhidlərimizə və əsgərlərimizə həsr edirəm"

"Yarış günü çox həyəcanlı idik. İlk gündə 3-cü yerlə kifayətlənməli olduq. Bundan sonrakı mərhələlərdə daha uğurlu çıxış etdik".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu fikirləri İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının gənclər yaş qrupunda qızıl medal qazanan Murad Rəfiyev söyləyib.

Onun sözlərinə görə, Avropa çempionatında ciddi rəqiblərlə mübarizə aparıblar: "Bizim üçün ən güclü rəqib Rusiya və Böyük Britaniya təmsilçiləri idi. Lakin son gün onları geridə qoymağı bacardıq. Yarışın ilk günündə 3, ikinci günündə 2 və son gündə isə qızıl medal qazanmağı bacardıq".

Avropa çempionu onu da bildirib ki, qalibiyyətini 2016-cı ilin aprel döyüşlərində canlarını fəda edən şəhidlərimizə, səngərdə Vətənin keşiyini çəkən əsgərlərə həsr edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30