19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

İradə Qurbanova: "Avropa çempionatında 5 medal gimnastikamızın inkişafını göstərir"

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri noyabrın 5-də Vətənə qayıdıblar.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, idmançıların yaxınları və jurnalistlər qarşılayıblar.

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova bildirib ki, yetirmələrinin nəticələrindən razı qalıb: "Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, inkişaf edirik. Ən ciddi rəqiblərimiz isə Rusiya, Ukrayna, Böyük Britaniya və Belçika idi. Düzdür, digər kişi cütlüyümüzdən medal gözləyirdik, lakin onların 0,5 xalları çatmadı ki, bürünc medala sahib olsunlar. Halbuki 9 medal qazana bilərdik, təəssüf ki, 5-ni qazandıq. Buna baxmayaraq, bu, bizim üçün böyük uğurdur".

Baş məşqçi onu da vurğulayıb ki, artıq gələn il yığmamızı ardıcıl olaraq, 3 dünya kuboku gözləyir. Onun sözlərinə görə, mayda İsveçrədə dünya çempionatı baş tutacaq ki, yığmamızı daha ciddi sınaq gözləyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30