20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Qəbələ” boksçularının Antalya toplanışı davam edir

“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, klubun boks bölməsinin üzvləri iki həftədir qonşu ölkədə hazırlıq keçirlər.

Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 5 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb.

“Qəbələ” boksçuları Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər.

Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçular üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30