23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Sağlam gənclik” layihəsi Şəmkirdə

Şəmkir rayonunda Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sağlam Gənclik” layihəsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 1000-ə yaxın gənc iştirak edib. Şəmkir rayonu Bayraq Meydanından start verilən yürüşdə velosipedçilər şəhər mərkəzi ilə dövrə vuraraq Bayraq Meydanında finiş xəttinə çatıblar.

Veloyürüşdə çıxış edənlər velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar. Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Şəmkir rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30