28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Biləsuvarda “Sağlam gənclik” layihəsi başlayıb

Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda “Sağlam Gənclik” layihəsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 400-dən çox gənc iştirak edib. Biləsuvar rayonu Gənclərin Karyera və İnkişaf Mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 km məsafə qət ediblər.

Tədbirdə Gənclər Fondunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi də iştirak edib. Çıxış edənlər velosiped idmanının sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar.

Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Yeniyetmə və gənclərə bu idman növünə aid texniki ləvazimatlar paylanılıb və Biləsuvar rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinə velosipedlər hədiyyə olunub. Yaxın gələcəkdə isə bölgələrdə yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzlərində veloklubların yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində Qazax, Şəmkir və digər bölgələrdə də analoji tədbirlər təşkil olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31