18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Milli Gimnastika Arenası bu dəfə yerli yarışlara ev sahibliyi edəcək

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi ilə Bakı çempionatı keçiriləcək.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 10-da start götürəcək yarışlar 4 gün davam edəcək.

İlk olaraq bədii gimnastlar mübarizə aparacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Aerobika gimnastları isə eyni yaş kateqoriyalarında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Turnirə biletləri arenanın kassasından, həmçinin onlayn olaraq (https://ticketing.mga.az/az/competition/72/#/buyticket) əldə etmək mümkündür. Qiymətlər 10 - 12 oktyabrda 6 manat, 13 oktyabrda 8 manat təşkil edir. Yarışlar saat 12:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30