28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Mövlana Turundan 20 lisenziya xalı

Türkiyənin Konya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən 3 günlük veloturda Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.

Qardaş ölkədə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Samir Cəbrayılov, Mikayıl Səfərli, Orxan Məmmədov, Musa Mikayılzadə və Mahmud Məmmədovdan ibarət heyətlə çıxış edən yığma komandamızla yanaşı, Bəhreynin “VIB Sports” kontinental klubunun heyətində Elçin Əsədov da lisenziya xalları uğrunda mübarizə aparıb.

3 mərhələnin yekununa əsasən ümumi təsnifatda velosipedçilərimizdən Samir Cəbrayılov 5-ci, Elçin Əsədov isə 7-ci yeri tutub və bununla da ölkəmizin reytinqi daha 20 xalla (15+5) zənginləşib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31