25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Kayseri Turunda 3-cü yer, Tokioya daha 26 xal

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Kayseri” yarışı başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, 2 mərhələdən ibarət velotur yığma komandamızın üzvü Elçin Əsədovun ümumi təsnifatda 3-cü yeri tutması ilə yadda qalıb.

Bəhreynin “VIB Sports” kontinental komandasının heyətində mübarizə aparan idmançımız 132 km-dən ibarət 1-ci mərhələdə finiş xəttini 11-ci, 147 km-lik 2-ci yarış günündə isə 3-cü keçib. Bu nəticə Elçin Əsədova ümumi təsnifatda Kayseri Turunu 3-cü pillədə başa vurmağa imkan verib. Həm mərhələ, həm də ümumi təsnifat üçüncülüyü ölkəmizin aktivinə Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 26 xal (1+25) əlavə olunması ilə nəticələnib.

Sentyabrın 27-29-da Elçin Əsədov “VİB Sports”un, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov və Mikayıl Səfərli dördlüyü isə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında yığma komandamızın heyətində Türkiyənin Konya şəhərində keçiriləcək 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışında iştirak edəcək. 3 mərhələdən ibarət bu yarış da Tokio Olimpiadasına lisenziya xalları verir.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30