24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Karateçilərimizdən daha 2 medal

Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirdə medalların sayını altıya çatdırıblar.

Futbolxeber.az saytının məlumatına görə, turnirin növbəti günləri Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, -76 kq) qızıl, Tural Balcanlı (kata) isə bürünc medal qazanıb. Böyüklərin yarışında Nuri Əliyev (-60 kq), Samir Məmmədov (-75 kq) və Əli Cəfərov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən veriblər.

Xatıqladaq ki, turnirin ilk günləri Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, -52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.

20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"-də 12 ölkədən 412 karateçi iştirak edib.

Yarış həm də yeniyetmə və gənclər milli komandasının baş məşçqisi Anar Allahverdiyevin rəhbərliyi ilə oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30