29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

DÇ: 2 güləşçimiz finalda

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Futbolxeber.az saytının məlumatına görə, 8-ci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq dünya çempionu Yovlis Bonne Rodrigerə (Kuba) qalib gəlib və 1/4 finala yüksəlib. Lakin bu mərhələdə o, dramatik keçən görüşdə Behnam Eşaq Ehsanpura (İran) uduzub. İranlı güləşçi finala yüksələ bilmədiyindən Qvarzatilov bürünc medal qazanmaq şansını itirib.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisi Dmitri Tkaçenkoya yenərək 1/4 finala adlayıb. Bu mərhələdə Qalimjan Usserbayevi devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Slovakiya təmsilçisi Taymuraz Salkazanova 4:3 hesabı ilə qalib gələn təcrübəli pəhləvan finalda ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısı  Cavrail Şapiyevə məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisi  Minvon Seonu üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisi Valeri Andreytsova gücünü göstərərək adını 1/4 finala yazdırıb. O, yarımfinalda ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Deyki də üstələməyi bacarıb - 5:2. Həlledici qarşılaşmada rəqib olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev (Rusiya) olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31