24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Karateçimiz ermənini məğlub edib, çempion oldu

Karateçilərimiz İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar. 

Futbolxeber.az saytının məlumatına görə, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, - 52 kq) qızıl medala sahib olub.

Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, - 63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, - 57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıblar.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.

Y.Bəşirov həmçinin, İran Karate Federasiyasının prezidenti Seyed Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.

Qeyd edək ki, 20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə keçiriləcək dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30