20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Manolova: "Sevinirəm ki, Azərbaycana bu medalı qazandıra bildim"

"Mundiala çempion olmaq üçün hazırlaşmışdım. Amma dünən Rusiya təmsilçisinə uduzdum və təsəlliverici görüşlərə qatıldım. Məğlub olandan sonra axşam özümü çox pis hiss edirdim. Amma özümü toparlaya bildim. Özümə dedim ki, bu gün medal qazanmalıyam. Bürünc də bir medaldır. Sevinirəm ki, Azərbaycana bu bürünc medalı qazandıra bildim".

Bu fikirləri Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan güləşçisi Elis Manolova "Report"un yarış üçün Nur-Sultana ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrundakı rəqibi Bolqarıstan təmsilçisi Yuliana Vasileva ilə ilk dəfə qarşılaşdığını bildirib. "Bundan öncə güləşməmişdik. Şükürlər olsun ki, medal qazana bildim. Amma bayaq da qeyd etdim, özümdən çempionluq gözləyirdim. Məşqçilər də buna ümid edirdi. Qismət olmadı. İnanıram ki, qarşıdakı yarışlarda qızıl medal qazanaram".

Bolqarıstanəsilli idmançı "Sizin üçün Avropa çempionluğu daha önəmlidir, yoxsa dünya çempionatının bürünc mükafatı" sualına belə cavab verib: "Buna cavab vermək çətindir. Hər bir idmançının hədəfi medal qazanmaqdır. Ondan sonra isə qızıl medal. Amma ikisinin arasında fərq yoxdur".

Güləşçi finala yüksələ bilməməsindən də söz açıb: "Yəqin ki, yarımfinal görüşündə özümə yetərincə güvənmədim. İndi öz içimdən zamanı geri çevirmək hissi keçir. Amma alınmır. Qalsın növbəti dəfəyə".

Avropa çempionu qarşılaşmanın ikinci yarısında daha aktiv güləşdiyini etiraf edib: "İlk hissədə rəqibimin nəyi edib-etmədiyinə baxıram. İkinci hissədə isə öz fəndlərimi yerinə yetirməyə başlayıram. Əlbəttə, hər bir güləşçi kimi mən də olimpiadaya getməyi arzulayıram. Amma hər şey qismətdən asılıdır. Çəki dərəcəmə yaxın olanları 62 kq və 68 kq-dır. Baxaq görək, qarşıdakı lisenziya turnirlərində məşqçilər heyəti hansı qərarı verəcək. Özüm lisenziya qazanmaq istəyirəm. Kiminsə haqqını yemək fikrində deyiləm. Hazırkı hədəfim 62 kq-dır. Bu çəkidə lisenziya qazanmaq istəyirəm. Bu çəkidə Elmira Qəmbərova da var. Baxarıq, hər şey qismətdən asılıdır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30